Share to: share facebook share twitter share wa share telegram print page

Keriman Xalis Ece Tamer

Keriman Xalis Ece Tamer
Doğum tarixi 16 fevral 1913(1913-02-16)
Doğum yeri
Vəfat tarixi 28 yanvar 2012(2012-01-28)[1] (98 yaşında)
Vəfat yeri
Dəfn yeri
Fəaliyyəti bəstəkar, pianoçu, model[d], gözəllik müsabiqəsi iştirakçısı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Keriman Xalis Ece Tamer (türk. Keriman Halis Ece Tamer; 16 fevral 1913-cü il, İstanbul, Osmanlı İmperiyası-28 yanvar 2012-ci il, İstanbul, Türkiyə[2]) — Türkiyənin ilk "Dünya Gözəli".

Həyatı

Keriman Xalis Ece Tamer 3 iyul 1932-ci ildə Türkiyədə keçirilən gözəllik yarışmasında "Türkiyə Gözəli", 31 iyul 1932-ci ildə keçirilən və 28 ölkənin qatıldığı yarışmada da isə "Dünya Gözəllik Kraliçası" seçilmişdi. Keriman Xalis Ece dövrünün məşhur tacirlərindən olan Tofiq Xalis bəy və Fərhundə xanımın altı uşağından biridir. Yarışmalara da məhz atası tərəfindən qeyd edilmişdir. Təhsilini Feyziyati (sonraki adı ilə Boğaziçi) liseyində almışdır. Keriman Xalisin əmisi, məşhur operetta bəstəkarlarından olan Muhlis Səbahəddin Əzgidir. Bibisi isə məşhur qadın bəstəkar Neveser Kökdeşdir. "Qalatasaray İdman Klubu"nun rəhbərlərindən olan Turqan Ece isə qardaşıdır. İlk evliliyi Dr. Orxan Sanus ilə olmuşdur. Bu evlilikdən Keriman xanımın Səzayi Biltin Sanus adında bir oğlu və Ece Sanus adında qızı dünyaya gəlmişdir. İkinci evliliyi isə məşhur tacirlərdən olan Hasip Tamer bəy ilə olmuşdur. Bu evlilikdən isə Cenk Tamer (iqdisadiyyatçı) dünyaya gəldi. Ən böyük nəvəsi həyat yoldaşının adını daşıyır. Qızı Ece, Orxan Torfilli bəy ilə evlənmiş və Mehmet, Ayşə, Əhməd, Emin adlarında dörd övladı olmuşdur. Keriman Halis pianino ifa edə bilirdi, bundan əlavə olduqca yaxşı yemək bişirə və tikiş tikə bilirdi. Fransız dilini doğma dili kimi bilirdi.

Gözəllik yarışması karyerası

Keriman Xalisin Belçikada qazandığı yarışmanın orijinal adı "International Pageant of Pulchritude" ("Beynəlxalq Gözəllik və Zarafət yarışması") idi. O dönəmin ən prestijli gözəllik yarışması müsabiqəsiydi. Ən qədim müsabiqələrdən olan yarışma bütün ölkələrdə hörmət görürdü. Yarışma "Kainat Gözəllik yarışması" və "Dünya Gözəllik yarışması" olaraq da bilinirdi, yarışmanın birinciləri həm "Zərafət Gözəli", həm "Dünya Gözəli", həm də "Kainat Gözəli" titulları alırdılar. Ancaq yarışma ad dəyişdirib, "Kainat Gözəllik yarışması" olaraq keçirilməyə başlanınca(indiki adı "MİSS Universe"),yeni bir yarışma olaraq dünyaya tanıdıldı və "MİSS Universe" gözəlləri ayrı başlıq altında toplandı. "Dünya Gözəli" titulu da günümüzdə "MİSS World" və "MISS Earth" yarışmaları ilə qarışmaması səbəbiylə geniş olaraq istifadə olunmaqdadır. Bu sahədə Türkiyənin bir tək birincisi olan Keriman Xalisdir.Bu hadisə gənc cümhuriyyət üçün də olduqca vacib idi. Keriman Xalis 1932-ci ildə Türkiyədə dördüncüsü keçirilən gözəllik yarışmasını qazanaraq Belçikaya getdiyində o günə qədər heç bir Türkiyə gözəli dərəcə almamışdı. Xalqın ümidlərini boşa cıxarmayan Keriman Xalis,vətənə döndüyündə "Sirkeci Garı"nda (İstanbulda yerləşən dəmiryol stansiyası) kraliçalar kimi qarşılandığında belə demişdir:

" “Ən sonunda mən və Almaniya gözəli qaldıq. Qırmızı bır libas geymiş,yaxasına da ağ lent taxmışdım. Münsif başçısı əlindəki zərfi açdı. Həyəcandan huşumu itirə bilərdim. Və, bütün teatr zalında,”Yaşasın MİSS Turkey!" səsləri yüksəldi.”
"

Keriman Xalis,yarışma sonrasında bir türk bayrağının tapılmaması səbəbiylə xalqın şüarlarına cavab verməmiş və bundan sonra metrlərlə parça tapılaraq bayraq orada düzəldilmiş və eyvandan dalğalandırılaraq tamaşaçılara göstərildikdən sonra,onu görməyə gələn xalqı salamlamışdır. Bundan başqa Keriman Xalis,o illərdə ,tünd qəhvəyi göz rənginə ,parlaq uzun qara saçlara,ağappaq bir dəriyə və 165 sm-dən çox boya sahib idi.Doğum ili (1913) dəqiq olaraq bilinməkdədir. Ancaq günü və ayını müəyyən etmək üçün, XX əsrin əvvəllərində Osmanlı İmperiyasında hicri və rumi təqvimlərdən istifadə olunduğunun nəzərə alsaq,bunun miladi təqvimə görə qarşılığı 16 fevral günüdür.

Mustafa Kamal Atatürk bu yarışma sonrasında çıxışında demişdir:

" “Türk irqinin nəcib gözəlliyinin həmişə qorunduğunu göstərən dünya hakimlərinin bu türk balası ilə bağlı verdiyi qərardan şadıq. Ancaq, Keriman Ece,hamımızın eşitdiyi kimi demişdir ki,o,bütün türk qızlarının ən gözəli olduğu fikrində deyildir. Bu gözəl türk qızımız,irqinin özünə xas olan gözəlliyini dünyaya,dünya hakimlərinin təsdiqiylə tanıtdırmış olduğu üçün özü ilə qürur duymalıdır. Türk milləti,bu gözəl balasını şübhəsiz ki, səmimiyyətlə təbrik edər. "Cümhuriyyət qəzeti" bu məsələdə Türk irqinin digər dünya millətlərindən seçilən təmiz gözəlliyini göstərmək təşəbbüsü göstərmiş və bunu dünya miqyasında müvəqqiyyətlə reallaşdırılmışdır. Bu səbəb ilə də təqdir və təbriklərimizə haqq qazanmışdır. Onu əlavə edim ki,türk irqinin dünyanın ən gözəl irqi olduğunu tarixi olaraq bildiyim üçün,türk qızlarından birinin "Dünya Gözəli" seçilmiş olmasını cox təbii qarşladım. Ancaq, türk gənclərinə bunu da xatırlatmağı lüzumlu görürəm:Qürur duyduğumuz təbii gözəlliyinizi qorumağı bacarın. Bununla bərabər, təşəbbüs göstərməli olduğunuz ən önəmli şey analarınız və atalarınız kimi mədəniyyətdə birinci olmaqdır."
"

Keriman Xalisə, 1934-cü ildə qəbul edilən "Soyad Qanunu" və gözəllik yarışmasında əldə etmiş olduğu nailiyyətə görə şəxsən M.K.Atatürk tərəfindən kraliça mənasını daşıyan "Ece" soyadı verilmişdir. Bu vaxt Parisdə olan Keriman Xalis M.K.Atatürkə göndərdiyi teleqrafında demişdir:

" "On beş gün idi ki, vətənimdən heç bir xəbər almamışdım. Bu gün Paris səfirliyimizdə layiq olmadığım qiymətli təltifinizi qəzetlərdə gördüm. Sevincimdən ağladım. Bu müvəffəqiyyətim vətnimizin qadınlarına göstərdiyiniz diqqətin nəticəsidir. Tanrıdan sizi bizim üstümüzdən əsirgəməməsini diləyirəm. Sizdən təşəkkürümün qəbulunu xahiş edirəm"
"

Keriman Xalis Ecenin illər boyu danışılmaqda olan məşhurluğu və hekayəsi Yaponiyada da heyranlıq yaratmışdır. Belə ki, Yaponiya məktəblərində tədris olunan "Keriman Xalis Hadisəsi" adlanan mövzu vardır. Mövzu, gənc cümhuriyyət illərini yaşayan Türkiyə Cümhuriyyətində 1927-ci ildə türk qadınının uzun müddət sonra kişi hakimiyyətindən və təzyiqindən azad olmasıdır.

İstinadlar

Kembali kehalaman sebelumnya